Tanker TIR-a çırpıldı: tankerin sürücüsü yanaraq ölüb - FOTO

Avtosfer Foto 25 Aprel 2019 20:22 Oxunub 1802
Tanker TIR-a çırpıldı: tankerin sürücüsü yanaraq ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra nəqliyyatın hərəkətinə bağlana yol, təmizlənərək yenidə hərəkətə açılıb

Türkiyənin Qaziantep vilayətində günəbaxan yağı yüklü tanker, kömür daşıyan TIR-a arxadan çırpılıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəzanın şiddətindən tanker yanmağa başlayıb. Nəticədə maşından çıxmağı bacara bilməyən yaralı sürücü hadisə yerində yanaraq ölüb.

Kabinə hissəsi tamamilə yanan tankeri hadisə yerinə gələn yanğınsöndürən briqadaları söndürüb.

Polis əməkdaşları ətrafda geniş təhlükəsizlik tədbiri görüblər.

Qəzadan sonra nəqliyyatın hərəkətinə bağlana yol, təmizlənərək yenidə hərəkətə açılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh