Yol polisindən CAVAB: "Düzünə getsələr tıxac yaranacaq” - VİDEO

Yol polisi 26 Aprel 2019 12:21 Oxunub 1468
Yol polisindən CAVAB: "Düzünə getsələr tıxac yaranacaq” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər nəqliyyat vasitələri ilə konflikt nöqtəsi yaradacaq

Dünən avtosfer.az saytında “Bakıda bu küçədə məntiqsiz hərəkət təşkili var” başlıqlı yazı dərc edilmişdi. Yazıda qeyd olunur ki, Teleteatr tərəfdən hərəkət etdikdə ən sol zolaqdan sağa dönərək Lermontov küçəsinə çıxmaq və Nazirlər Kabineti istiqamətində hərəkət etmək olar. Laki Dağüstü park tərəfdən gəldikdə isə yalnız düzünə, yəni teleteatr tərəfə hərəkət etmək olar. Bu məntiq yol hərəkəti təşkilindən anlayışı olanları sözün əsl mənasında ağladır. Əgər o küçəyə “giriş qadağandırsa” teleteatr tərəfdən gələnlər sola dönüb ora girə bilirlər? Yox əgər qadağan deyilsə düzünə gedənlərin həmin küçəyə daxil olmasının hansı təhlükəli tərəfləri var?

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Yol Hərəkəti Təşkili Şöbəsinin rəisi, polis polkovniki-leytenantı Eyvaz Şahverdiyev həmin məqaləyə münasibət bildirib. Avtosfer.az-a açıqlama verən şöbə rəisi qeyd edib ki, yazıda qeyd olunan məsələlər çatışmazlıq deyil. “Bayıl qəsəbəsi istiqamətindən Teymur Elçin küçəsi ilə gələn avtomobillərə birbaşa olaraq Lermantov küçəsinə girməyə icazə veriləcəyi təqdirdə Teleteatr istiqamətindən Teymur Elçin küçəsi ilə gələrək Lermantov küçəsinə dönən nəqliyyat vasitələri ilə konflikt nöqtəsi yaradacaq. Həmçinin pik saatlarında həmin kəsişmədən Niyazi küçəsi istiqamətində müşahidə olunan hərəkət sıxlığının daha da artmasına səbəb olacaq.”

Şöbə rəisi onu da bildirib ki, Bayıl qəsəbəsi istiqamətindən gələn avtomobillər “Azneft” meydanına getmək etmək üçün Mikayıl Useynov (Yeni bulvarın kənarı ilə) küçəsindən istifadə edərək Neftçilər prospektinə çıxa bilərlər.

Şöbə rəisi bildirib ki, sürücülər İstiqlaliyyət küçəsinə çıxmaq üçün isə Teymur Elçin küçəsi ilə “Teleteatr” istiqamətində hərəkət edən zaman Mehdi Hüseyn küçəsi ilə kəsişməyə çatmadan sağa dönmək olar. Sonra Mehdi Hüseyn və Şeyx Şamil küçələrində istifadə etməklə İstiqlaliyyət və Niyazi küçələrinə çıxa bilərlər.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh