Formula 1-də ilk qəza baş verdi - Bolidin altı lyuka ilişdi - FOTO

Yarışma 26 Aprel 2019 13:30 Oxunub 1472
Formula 1-də ilk qəza baş verdi - Bolidin altı lyuka ilişdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rassellin bolidi trasdan evakuasiya olunub

“Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.  Avtosfer.az xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lyukuna ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb.

Rassellin bolidi trasdan evakuasiya olunub. Qəza səbəbindən sərbəst yürüşün bərpası ləngiməli olacaq və problem yaranan lyukun təmir olunması vaxt alacaq.

Qeyd edək ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh