İki aydan sonra Azərbaycanda belə maşın istehsal olunacaq - Qiymət açıqlandı

Avtoxəbər 26 Aprel 2019 14:21 Oxunub 1769
İki aydan sonra Azərbaycanda belə maşın istehsal olunacaq - Qiymət açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomat "karobka" modelin qiyməti daxili bazar üçün normaldır

"Neftçala Avtomobil Zavodunda “Peugeot” markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır”. Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. O bildirib ki, sözügedən maşının istehsalına təqribən 2 aydan sonra başlanılacaq: “Biz müəyyən məsələləri Fransa ilə razılaşdırırıq”.

Qeyd edək ki, bu, “Peugeot 207” modeli olacaq. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq”.

Xatırladaq ki, "Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri fevral ayının sonundan daxili bazara çıxarılıb və qiyməti 17 500 manatdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh