DYP reyd keçirdi: 70-dən çox sürücü saxlanılıb - FOTO

Yol polisi 26 Aprel 2019 16:02 Oxunub 1512
DYP reyd keçirdi: 70-dən çox sürücü saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 27-si barəsində müvafiq inzibati protokollar tərtib olunub

Mingəçevirdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bu gün Dövlət Yol Polisi əməkdaşları təmiz hava aylığı çərçivəsində Mingəçevirin Heydər Əliyev prospektində həyata keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən 70-dən çox avtomobil sürücüsü saxlanılıb. Onlardan 27-si barəsində müvafiq inzibati protokollar tərtib olunub. Bununla da təmiz hava aylığı çərçivəsində Mingəçevirdə barəsində inzibati protokol tərtib olunan sürücülərin sayı 86 nəfərə çatıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh