YPX-nin avtomobili yük maşınının altında qaldı: 2 ölü - FOTO

Avtosfer Foto 26 Aprel 2019 19:58 Oxunub 4244
YPX-nin avtomobili yük maşınının altında qaldı: 2 ölü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Yol Patrul Xidmətinin avtomobili “Scania” markalı yük maşınının altında qalıb. Avtosfer.az “life.ru”ya istinadən xəbər verir ki, hadisə aprelin 26-sı günorta saatlarında Rusiyanın Krasnodar vilayətinin Pavlovsk rayonunda baş verib.

İlkin məlumatlara görə, yük maşınının sürücü zolağı dəyişmək istəyərkən, eyni istiqamətdə hərəkət edən YPX-nin avtomobilinə yandan çırpılıb. Qəzanın şiddətindən avtomobil yük maşınının altında qalaraq yoldan çıxıb və nəqliyyat vasitəsi defarmasiyaya uğrayıb.

Nəticədə iki polis inspektoru hadisə yerində ölüblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh