Bakıda "Formula 2" üzrə birinci yarış başlayıb

Yarışma 27 Aprel 2019 12:15 Oxunub 1286
Bakıda "Formula 2" üzrə birinci yarış başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotlar Bakı şəhər halqasında 32 dövrə vuracaqlar

SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə "Formula 2" üzrə birinci yarış başlayıb. Avtosfer.az "Report"a istinad’n xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vuracaqlar.

Sıralama turunda “Karlin” komandasının pilotu Nobuharu Matsuşita Bakıda qalib gəlib.

Xatırladaq ki, ötən gün keçirilən "Formula 2" üzrə birinci sərbəst yürüşdə “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. “Karlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Yordan Kinq isə üçüncü yerdə başa vurublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh