Ən çox avtomobil alan regionların adları açıqlanıb – 2019-cu ildə

Avtoxəbər 27 Aprel 2019 19:30 Oxunub 1386
Ən çox avtomobil alan regionların adları açıqlanıb – 2019-cu ildə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərin yarıdan çoxu kreditlə əldə edilib

2019-cu ilin birinci rübündə ruslar 323 min yeni avtomobil alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ən çox maşın Moskva şəhərində alınıb 45400 ədəd, ardınca Moskva vilayəti 29900 ədəd, ilk üçlüyün sonuncusu isə Sankt-Peterburq şəhəridir 21700 ədəd.

Həmçinin regionların sırasına Tatarıstan Respublikası 14000, Krasnodar 13000, Başqırdıstan Respublikası 11000, Sverdlovsk 10200, Samara 9800, Çelyabinsk 8300 və Rostov vilayəti 8200 daxil olub.

Bu avtomobillərin yarıdan çoxu kreditlə əldə edilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh