Bakıda PULSUZ parkinq yerləri BU ƏRAZİLƏRDƏDİR

Avtoxəbər 27 Aprel 2019 23:50 Oxunub 3460
Bakıda PULSUZ parkinq yerləri BU ƏRAZİLƏRDƏDİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda parkinq qiymətləri sərfəli deyil"

Avtomobil sürücülərinin tez-tez şikayət etdiyi məsələlərdən biri də pulsuz parkinqlərlə bağlıdır.

 

Maraqlıdır ki, paytaxtımızda pulsuz parklanma yerləri varmı? Varsa, hansı ərazilərdə yerləşir?

 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a açıqlamasında yerüstü parkinqlərin pulsuz olmadığını qeyd edib:

 

“Bakı şəhərindən kənarda pulsuz parklanma yerləri çoxdur. Suraxanı, Sabunçu, Qaradağ, Binəqədi və s. rayonlarda bununla bağlı heç bir problem yoxdur. Mərkəzə yaxınlaşdıqca pulsuz parklanma ilə bağlı problemlər yaranır. Pulsuz parklanma üçün dövlət tərəfindən ayrılmış ərazilər var. Lakin orada da qeyri-qanuni ödəniş tələb olunur. Bakı şəhəri ərazisində parklanmanın təşkili və nəzarəti ötən ildən Bakı Nəqliyyat  Agentliyinə həvalə olunub. Lakin Bakı şəhər İcra Hakimiyyəti bunu hələlik tam təhvil verməyib. Bakı Nəqliyyat Agentliyinə məxsus olan iki parklanma yeri Azadlıq Meydanı və “Qış Parkı”nın altındadır. Hazırda yerüstü parkinqlər pulsuz olmalıdır”. 

 

Pulsuz parkinq üçün talon verilməsi qərarına da münasibət bildirən ekspert hesab edir ki, bu talon məhz həmin ərazidə istifadə edilə bilər:

 

“Bu qərarla bağlı Bakı Nəqliyyat Agentliyi bir neçə ay əvvəl Nazirlər Kabinetinə təklif vermişdi. Şəhərin infrastrukturu dəyişdikcə, sürücülər parklanma yeri tapmaqda çətinlik çəkirlər. Talon avtomobildə görünən hissəyə yapışdırılmalıdır. Talon yanlız bir maşın üçün verilir. Ailədə 2-3 maşını olan varsa, hər biri ayrı-ayrılıqda talon ala bilər. Talon almaq üçün yaşayış yeri, şəxsiyyət vəsiqəsi və avtomobilə aid sənədlərlə müvafiq quruma müraciət etmək lazımdır”. 

 

Ekspert pullu parkinqlərlə bağlı təklif edib ki, bu ərazilərdən istifadə edən bəzi sürücülərə limitsiz aylıq kart verilməlidir:

 

“Hazırda parkinq qiymətləri sərfəli deyil. Bu baxımdan, iş yerinə uyğun olaraq pullu parkinqdən istifadə edən şəxslərə aylıq kart ayrılmalıdır. Bu kartın aylıq qiyməti isə 30-40 manat civarında ola bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh