Martda 4,7 mindən çox biznes-kalss avtomobilləri satılıb

Avtoxəbər 28 Aprel 2019 17:40 Oxunub 1181
Martda 4,7 mindən çox biznes-kalss avtomobilləri satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox satılan brend isə “Toyota Camry” ilə “Mercedes-Benz E-Class” olub

Rusiyada 2019-cu ilin mart ayında 4,7 mindən çox biznes-kalss avtomobilləri satılıb.

Avtosfer.az “riafan”a istinadən xəbər verir ki, ən çox satılan brend arasında “Toyota Camry” ilə “Mercedes-Benz E-Class” olub.

Yapon istehsalı olan “Toyota Camry”ni 2743 rusiyalı alıb.

Avtomobil Rusiya bazarlarında biznes-klass markaları arasında top onluğun birinci yerini tutur.

“Mercedes-Benz E-Class” 684 ədəd satışla siyahının ikinci yerində qərarlaşıb.

İlk üçlüyü isə “BMW 5-Series”i 632 maşınla sonlandırıb.

Ardınca “KIA Stinger” və “Skoda Superb”dir. Həmçinin onluğa “Lexus ES”, “Genesis G70”, “Mercedes-Benz CLS-Class”, “Volvo V90” və “Genesis G70” daxil olub.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh