Uşaq arabası ilə yolu keçmək istəyən ananı avtomobil vurdu - VİDEO

Avtosfer TV 28 Aprel 2019 18:27 Oxunub 3055
Uşaq arabası ilə yolu keçmək istəyən ananı avtomobil vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra körpə xəstəxanaya aparılıb və ona ilkin tibbi yardımdan sonra evə buraxılıb

Uşaq arabası ilə yolu müəyyən olmayan yerdən qaçaraq keçmək istəyən ananı avtomobil vurub və həmin anın kadrları sosial şəbəkələrdə yayımlanıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində körpə arabadan yola düşüb, qadın isə təkərin altında qalmaqdan son anda xilas olub.

“Vesti” portalının məlumatına görə, insident Kazan şəhərinin Vişnevskiy küçəsində baş verib.

Ana 10 zolaqlı yolun 7-sini keçməyə müvəffəq olub. Lakin, 8-ci zolaqla hərəkətdə olan avtomobilin sürücüsü qadını gec görüb və qəza qaçılmaz olub.

Qəzadan sonra körpə xəstəxanaya aparılıb və o ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Avtosfer.az baş verən hadisənin videosunu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh