50 avtomobil bir-birinə çırpıldı: 4-ü ağır 25 yaralı - VİDEO

Avtosfer TV 29 Aprel 2019 08:05 Oxunub 1057
50 avtomobil bir-birinə çırpıldı: 4-ü ağır 25 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə 2 helikopter cəlb olunub

Almaniyanın şərqində 50 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident Thuringen federal əyalətinin Meiningen-Suhl şəhərlər arası A71 avtomagistralında qeydə alınıb, bu barədə yerli polis məlumat yayıb.

Qəza avtomobil yolunun buz bağlaması və qəfil dolunun yağması səbəbindən olub.

Nəticədə 4-ü ağır olmaqla 25 nəfər xəsarət alıb.

Yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə 2 helikopter cəlb olunub.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh