Hacıqabul yolunda daha bir "kamikadze" sürücü - VİDEO

Avtosfer TV 29 Aprel 2019 09:24 Oxunub 1447
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özünü ölümə doğru aparır

Magistral yolda axının əksinə hərəkət etməyin bir adı var: KAMİKADZE. Bəzən sürücülər bir neçə yüz metr əlavə yol qət etmək əvəzinə yolun əksinə sıxaraq gedirlər. Beton arakəsmələr olmasa yəqin ki, elə yolun ortasında “kruq” edərlər. Avtosfer.az-ın kamerasına düşən bu sürücü Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində əks istiqamətdə hərəkət edir. “Nəvai” postuna çatmağa az qalmış hansısa kəndə dönmək istəyir. Yəqin ki, postun əməkdaşları kameralar vasitəsilə sürücünü aşkarlayıb cəzalandlracaq. Görüntüləri təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh