Yol polisi yay geyim formasını dəyişdi - FOTOLAR

Yol polisi 29 Aprel 2019 11:28 Oxunub 10231
Yol polisi yay geyim formasını dəyişdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üzərindəki YPX və POLİS sözləri işıqqqaytarıcı qabiliyyətə malikdir

Azərbaycanda yol polislərinin yay üst geyim forması dəyişib. Avtosfer.az xəbər verir ki, bundan sonra onlar yaşıl jilətdə deyil, qara və üzərində yaşıl rəngdə DYP və POLİS sözləri yazılmış yeni geyimdə xidmət aparacaqlar. Bu jiletin əvvəlkindən fərqli ondadır ki, barmaqlıq formasındadır. Bu da havaburaxma qabiliyyətini artırır. Beləliklə isti havada belə hər hansı çətinlik yaratmır.

Əvvəlki jiletlər isə bütöv parçadan olduğu üçün tərləməyə səbəb olurdu. Həmçinin bu cür jilətlərdən təsərüfat və parking işçiləri istifadə etməyə başlamışdı.

Odur ki, fərq hiss olunmurdu. Amma yeni jiletlər həm vizual cəhətdən cəlbedici, həm də görkəmlidir. Odur ki, bu seçimi daha məqbul saymaq olar. Avtosfer.az bildirir ki, yeni jiletlər təkcə Bakıda deyil, bütün ölkədə YPX əməkdaşlarına təqdim olunub. Üzərindəki YPX və POLİS sözləri işıqqqaytarıcı qabiliyyətə malikdir.

Bundan başqa həmin geyim forması Formula 1 ərəfəsində təqdim olunub və mövsüm ərzində yol polisləri bu jilətlərdən istifadə edəcək.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh