İşçiləri daşıyan mikroavtobus avtomobil ilə toqquşdu: 12 yaralı - VİDEO

Avtosfer TV 29 Aprel 2019 13:02 Oxunub 1060
İşçiləri daşıyan mikroavtobus avtomobil ilə toqquşdu: 12 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Bolu əyalətində fabrik işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə aprelin 29-u səhər saatlarında Bolu-Mudurnu avtomobil yolunda qeydə alınıb.

Qəza nəticəsində 12 nəfər xəsarət alıb.

Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda səhiyyə, yanğınsöndürən və polis briqadaları gəlib.

Yaralılar təcili tibbi yadım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh