NASCAR rallisində sürücünün avtomobili bir neçə dəfə dövrə vurub - VİDEO

Avtosfer TV 29 Aprel 2019 15:55 Oxunub 2310
NASCAR rallisində sürücünün avtomobili bir neçə dəfə dövrə vurub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, Kayl Larsonun son dörd yarışda dördüncü qəzası olub

NASCAR rallisinin ABŞ-ın Alabama ştatında yerləşən "Talladega Superspeedway"dəki növbəti mərhələsində Kayl Larsonun avtomobili bir neçə dəfə dövrə vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna səbəb digər sürücü Uilyam Bayronun 26 yaşlı pilotun "Chip Ganassi Racing Chevrolet Camaro" markalı maşınını vurması olub.

Larson daha sonra digər həmkarı Cefri Yernhardın idarə etdiyi avtomobillə toqquşub. Nəticədə hər iki avtomobil sıradan çıxıb. Yernhardın maşını hasara çırpılıb, Larsonun avtomobili isə bir neçə dəfə çevrilib.

O, hadisədən sonra avtomobilin uçduğunu hiss etdiyini və dayanacağına ümid etdiyini söyləyib. Sürücü hadisədən sonra ciddi xəsarət almayıb.

Qeyd edək ki, bu, Kayl Larsonun son dörd yarışda dördüncü qəzası olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh