Qırmızıdan keçən sərxoş sürücü 17 yaşlı qızı vurub öldürdü - VİDEO

Avtosfer TV 29 Aprel 2019 18:25 Oxunub 1407
Qırmızıdan keçən sərxoş sürücü 17 yaşlı qızı vurub öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, məhkəməyə çıxarılaraq həbs olunub

Türkiyənin İzmir vilayətində işıqforun qırmızı işığına məhəl qoymadan keçən sürücü, avtomobili ilə 17 yaşlı Bürge Yolbiliri piyada keçidindən keçən vaxt onu vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki,  hadisə aprelin 27-si axşam saatlarında Qaziemir rayonunun Ağçay küçəsində baş verib.

Qəzadan sonra ətrafdakı təhlükəsizlik kameralarını araşdıran polis əməkdaşları sürücünün Sarnıç məhəlləsinə qaçdığını müəyyən ediblər.

Aparılan əməliyyat-axtarış nəticəsində qəzanı törədən şəxs tutularaq Polis Mərkəzinə aparılıb.

Müayinə zamanı onun sərxoş olduğu məlum olub.

O, məhkəməyə çıxarılaraq həbs olunub.

17 yaşlı qızın həyatını itirdiyi anın videosu isə sosial şəbəkədə yayımlanıb.

Avtosfer.az həmin kadrları təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh