Avtopilot rejimində işləyən “Tesla Model X” az qala dərəyə aşıracaqdı - VİDEO

Avtoxəbər 30 Aprel 2019 08:26 Oxunub 1867
Avtopilot rejimində işləyən “Tesla Model X” az qala dərəyə aşıracaqdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşına ziyan dəyib, amma xəsarət alan olmayıb

ABŞ-ın Kaliforniya ştatında dağlıq yolda avtopilot rejimində hərəkətdə olan “Tesla Model X” az qala avtomobili dərəyə aşıracaqdı. Avtosfer.az “tut.by”ya istinadən xəbər verir ki, avtopilot sola dönmək yerinə avtomobili uçuruma aparıb. Sürücü dərhal reaksiya verərək sükanı sola döndərib, lakin qəza qaçılmaz olub. Avtomobil qayalara çırpılıb.

Maşına ziyan dəyib, amma xəsarət alan olmayıb.

“Tesla” xəbərdarlıq edir ki, avtomobil avtopilot rejimində işləyərkən sükanı mütləq tutmaq lazımdır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh