Ölümə "protiv" gedən sürücülər - VİDEO

Avtosfer TV 30 Aprel 2019 10:12 Oxunub 1575
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötmədən bir neçə saniyə sonra isə qarşı tərəfdən yük maşını gəlir

Kənar dairəvi yolun Yasamal rayonu istiqamətində gedən köməkçi yol həm dar, həm də ikitərəflidir. Təəssüf ki, sürücülər çox vaxt bu yolda əks istiqamətə çıxaraq hərəkət edirlər. Bu yolda ötmə qadağan edilsə də bəzən sürücülər buna məhəl qoymur. Avtosfer.az xəbər verir ki, ardıcıl olaraq iki sürücü bu yolda qaydanı pozur. Belə ki, 10 NR 220 və 99 DV 229 dövlət nömrə nişanlı avtomobillər əks yola çıxaraq ötmə edir. Bu zaman qarşıda iri qabaritli yük maşını hərəkət edir. Ötmədən cəmi bir neçə saniyə sonra isə qarşı tərəfdən digər bir yük maşını gəlir.

Videonu saytımıza göndərən şəxs artıq hər iki sürücü barəsində DYP rəhbərliyinə rəsmi qaydada şikayət etdiyini bildirib. Ümid edirik ki, yol polisi tərəfindən sürücülərə 100 manat və 4 bal cərimə tətbiq edilən zaman onlara bunun nə qədər təhlükəli olduğu da izah olunacaq. Görüntüləri təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh