Bakıda qadın maşın qaçırdı

Avtoxəbər 29 Mart 2015 14:27 Oxunub 1471
Bakıda qadın maşın qaçırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 “Mercedes”I qaçıran Aynur Aşurova saxlanılıb

Bakıda qadın avtomobil qaçırıb. Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

Məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh