Eyni yerdə baş verən 4 qəzanın görüntüləri yayıldı - BAKIDA - VİDEO

Avtosfer TV 30 Aprel 2019 15:14 Oxunub 4218
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Demək olar ki, bütün qəzaların baş verdiyi nöqtə də eynidir

Bura Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsidir. Avtosfer.az xəbər verir ki, bu kəsişmədə tez-tez qəzalar baş verir. Yolayıcı çoxfunksiyalı olduğu üçün burada hərəkətin tənzimlənməsi üçün sürücü diqqətli olmalıdır. Belə ki, Koroğlu Rəhimov küçəsi ilə prezident iqamətgahı istiqamətində hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə kəsişmə zamanı sola və sağa dönə, həmçinin, düzünə hərəkət edə bilərlər. Eyni zamanda, Koroğlu Rəhimov küçəsi ilə əks tərəfdən gələnlər də düzünə və sağa hərəkət edə bilərlər.

Həsən Əliyev keçəsindən gələn sürücülər sağa Korğolu Rəhimov istiqamətində və düzünə hərəkəti davam etdirə bilirlər. Sağa hərəkət zolağında həmişə yaşıl işıq yandığı üçün sürücülər ən sağ zolağı götürməklə buradan dönə bilirlər.

Problem adətən Koroğlu Rəhimov küçəsini əks istiqamətindən (prezident iqamətgahı tərəfdən) hərəkət edən sürücülərlə bağlı olur. Çünki sala Həsən Əliyev küçəsinə dönmək istəyən sürücülər Koroğlu Rəhimov küçəsini əks istiqamətindən (prezident iqamətgahı tərəfdən) hərəkət edən sürücülərə yol verməlidir. Prezident iqamətgahı tərəfdən hərəkət edən avtomobillər adətən az olduğu üçün çox vaxt sola Həsən Əliyev küçəsinə dönən sürücülər buna diqqət etmir və nəticədə qəza baş verir.

Bəzən isə Həsən Əliyev küçəsi istiqamətindən gələn zaman sağa dönməyib düzünə getmək istəyən sürücü sağ zolağa girir. Arxadan gələn avtomobillərə yol vermək məcburiyyətində qalır. Çünki o ikinci zolaqda dayanmalı və işıqforun müvafiq işığını gözləməlidir. Amma həmişə yaşıl işıq olan sağ zolağa girdiyi üçün məcburən yolayrıcına daxil olur. Bu zaman Prezident iqamətgahı tərəfdən hərəkət edən avtomobillə toqquşma nöqtəsinə çatır.

Təqdim edəcəyimiz qəza videoları bu kəsişmədə baş verib. Demək olar ki, bütün qəzaların baş verdiyi nöqtə də eynidir. Səbəb isə yuxarıda izah olunan qaydalara riayət etməməkdən irəli gəlir. Görüntülər bir müddət əvvələ aid olsa da, eyni hadisələr orada bu gün də baş verir.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh