Yol polisləri futbol turnirində daha bir qələbə qazandı - Turnir davam edir

Yol polisi 30 Aprel 2019 15:27 Oxunub 1178
Yol polisləri futbol turnirində daha bir qələbə qazandı - Turnir davam edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nərimanov Rayon Polis idarəsini 7:6 hesabı ilə məğlub edib

Bakı şəhəri üzrə Polis Qarnizonun şəxsi heyəti arasında keçirilən futbol turniri davam edir. Avtosfer.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş yarışda bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin komandası Nərimanov Rayon Polis idarəsinin komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda DYP əməkdaşları 7:6 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bakı şəhər DYP komandası ötən həftə Xətai Rayon Polis İdarəsinin komandasını 16-6 hesabı ilə məğlub etmişdi. Yol polisləri mayın 2-də Nizami rayon Polis İdarəsinin əməkdaşları ilə qarşılaşacaq.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh