Ölümünü başındakı təhlükəsizlik kamerası ilə qeydə aldı - VİDEO

Avtosfer TV 30 Aprel 2019 18:28 Oxunub 2683
Ölümünü başındakı təhlükəsizlik kamerası ilə qeydə aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır

Dostları ilə motosiklet yarışına çıxan sürücü qəza nəticəsində həyatını itirib.

Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisə Taylandın Pxetçabun əyalətində baş verib.

Öz ölümünü başında olan təhlükəsizlik kamerası ilə qeydə alan qəzanın kadrları sosial şəbəkədə yayımlanıb.

Kadrlarda görünür ki, boş yolda yarışa çıxan sürücü yavaş-yavaş motosikletin sürətini 260 km/saata çatdırır və o, bütün dostlarını geridə qoyur. Lakin, 24 yaşlı sürücü motosikletin idarəetməsini itirir, motosiklet bir neçə dəfə çevrilərək yol kənarına düşür.

Bildirilir ki, qəzadan sonra həyatını itirən sürücü müayinə eilərkən bədənində çoxlu xəsarətlər olduğu məlum olub.

Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh