Saatlıda "Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib - FOTO

Yol polisi 30 Aprel 2019 20:19 Oxunub 1501
Saatlıda "Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozan sürücülər cərimələnib

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Təmiz hava” aylığı çərçivəsində rayonda nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarının ölçülməsi və atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a bildiriblər ki, avtomobillərdən ixrac olunan qazların tərkibi reyd zamanı xüsusi avadanlıq vasitəsilə yoxlanılıb. Sürücülərə bu barədə tələblər və qaydalar izah olunub.

Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə edilib. Yol Polisi Bölməsinin inspektorları atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görüblər. Bununla yanaşı, reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, avtomobilləri sənədsiz idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyənləşdirilərək barələrində protokol tərtib edilib.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh