Texniki baxışla bağlı məlumat "ASAN ödəniş"dən gələcək - Sürücülər üçün yenilik

Avtoxəbər 30 Aprel 2019 23:54 Oxunub 3453
Texniki baxışla bağlı məlumat "ASAN ödəniş"dən gələcək - Sürücülər üçün yenilik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“ASAN ödəniş”sistemi operatorunun funksiyaları artırılıb

“ASAN ödəniş” sistemi operatorunun funksiyaları artırılıb. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmana aşağıdakı məzmunda 4.0.10-1 və 4.0.11-1-ci yarımbəndlər əlavə edilib.

4.0.10-1. Sistem iştirakçısının sistemə göndərdiyi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu sistem istifadəçisinin elektron kabinetinə yerləşdirmək (yerləşdirilmə vaxtını göstərməklə) və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat göndərmək;

4.0.11-1. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonun sistem istifadəçisinin elektron ünvanına çatdırıldığı barədə səlahiyyətli sistem iştirakçısını real vaxt rejimində məlumatlandırmaq;

Qeyd edək ki, “ASAN ödəniş” sistemi operatoru - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzidir. 

 

ONA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh