Əyləci xarab olan yük maşını avtomobilin üzərinə çıxdı: 4 yaralı - VİDEO

Avtosfer TV 1 May 2019 07:36 Oxunub 1711
Əyləci xarab olan yük maşını avtomobilin üzərinə çıxdı: 4 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

İstanbulda əyləci xarab olan yük maşını avtomobilə çırpılıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Çatalca rayonunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan su daşıyan yük maşını anidən əyləcində nasazlıq yaranıb. Maşın yoxuş aşağı arxaya hərəkət edərək arxadan gələn avtomobilin üzərinə çıxıb və hər iki nəqliyyat vasitəsi aşıb.

Avtomobildə sıxışan sürücü və yanındakı 2 nəfər, ətrafda olan insanların və hadisə yerinə cəlb edilən xilasetmə əməkdaşları tərəfində sıxışdığı yerdən xilas ediliblər.

Səhiyyə briqadaları avtomobildən çıxarılan 3 nəfər ilə yük maşınının sürücüsünə ilkin tibbi yardım göstərdikdən sonra Çatalca Dövlət Xəstəxanasına aparılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh