Bakıda manyak sürücü 12 avtomobili əzdi - ŞOK VİDEO - FOTO

Avtosfer TV 2 May 2019 08:12 Oxunub 3180
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb

Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovki küçəsi bina 56-57 ərazisində qəribə hadisə baş verib. Avtosfer.az xəbər verir ki, yaşayış binasının qarşısında park edilmiş avtomobillərin arasında biri qəfildən hərəkət edir. Sürücü avtomobili qabağa-dala verir. Qəfildən sürərək dayanmış avtomobiləri əzməyə başlayır. Daha sonra isə heç nə olmamış kimi avtomobildən düşərək gedir. Onun sərxoş və ya narkotik təsiri altında olduğu ehtimal olunur.

Artıq zərərçəkən sürücülər Binəqədi rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. O, sərxoş vəziyyətdə "Toyota Land Gruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı həmin avomobili idarə edərək özü ilə barəbər 7 avtomobili əzib: "Maşın işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar davam etdirilir".

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qəza törədilən avtomobili sahibi hazırda Türkiyədədir. O, gedərkən avtomobilin açarlarını qonşuya verib ki, arabir maşını işə salsın. Akkumlyator sıradan çıxmasın. Həmin qonşu isə bunu bacarmadığı üçün digər bir qonşudan bu işi görməsini istəyib. Sərxoş vəziyyətdə olan həmin şəxs isə bu hadisəni törədib. 

Videonu və fotoları təqdim edirik:

Fərid

 

 

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh