Uşaq pərdənin birini qaldırdı, yol polisi sürücüyə cərimə yazdı - FOTO

Xəbərlər 2 May 2019 13:15 Oxunub 4908
Uşaq pərdənin birini qaldırdı, yol polisi sürücüyə cərimə yazdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü cərimədən şikayət etsə də, xitam verilmir

Mayın 1-dən noyabrın 15-dək standarta uyğun, sənaye üsulu ilə hazırlanmış jalüz pərdələrin minik avtomobillərinin arxa yan şüşələrinə vurulmasına icazə verilib. Lakin bu mənasız qadağaya görə hər il minlərlə sürücü cərimə olunur, yol polisi ilə sürücülər arasında konfliktlər yaranır. Belə problemlərdən biri ilə də sürücü Elçin Məhərov üzləşib. O, Avtosfer.az-a müraciətində bildirib ki, aprelin 10-da idarə etdiyi 90 ZZ 343 dövlət nömrə nişanlı “BMW-X5” markalı minik avtomobillə hərəkətdə olarkən 99 YP 392 nömrəli YPX avtomobilini idarə edən inspektor saxlama əmri verib: “Maşını saxladım, gördüm sükan arxasında telefonla danışır. Oturub onun telefonla danışıb söhbəti bitirməsini gözlədim. Sonra məlum oldu ki, məni arxa yan şüşədəki jalüzə görə saxlayıb. Mən göstərdim ki, bu, “BMW”-nin öz pərdəsidir. Arxada əyləşmiş sərnişin (azyaşlı uşaq) bilmədən qaldırıb, xəbərim olmayıb, bunun cəriməsi olmasa belə aşağı sala bilərik. Lakin əhəmiyyət vermədi, protokol yazdı. 150 manat! Həmin IXP 2491417 saylı protokoldan Asanpaydakı şəxsi kabinetdən şikayət yazdım. Məni aprelin 18-də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə dəvət etdilər, izahat aldılar, aprelin 20-də isə cəriməni qərarlı etdilər. İzahat, şikayətə əhəmiyyət belə vermədən”.
Qeyd edək ki, sürücüyə tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görədir. Sürücü isə hansı “icazə verilməyən örtük”dən söhbət getdiyi ilə maraqlanır. Bu suala Yol Polisinin hər hansı bir cavabı olarsa, Avtosfer.az olaraq qarşı tərəfin mövqeyi kimi onu da işıqlandırmağa hazırıq.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Eynur 3 May 2019 00:06
Men almaniyadan avtomobil getirib satiram. Arxa yan qapilarin wuweleri 60 tund olur. Buna gore her defe men avtomobilin zavod qoyulmush shushelerini cixardib, bakida adi shushe sexinde duzeldilmish shushe qoydurmali oluramBu hec bir dunya olkedinde gorulmemish ishdiXaish edirem imkani vaxti olanlar bu barede cenab prezidente, vitseprezitende, bash nazire elektron mektub yazsinlarBu perde plonka sohbeti umumiyyetse legv edilmelidi