Avtomobil əlil kişini piyada keçidində vurdu - VİDEO

Avtosfer TV 2 May 2019 17:54 Oxunub 1352
Avtomobil əlil kişini piyada keçidində vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Karabük vilayətində piyada keçidindən keçmək istəyən əlil kişini avtomobil vurub.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Zonquldak küçəsində baş verib.

Əlil arabası ilə piyada keçidindən keçmək istəyən 46 yaşlı əlil Mustafa Koramanı, yüksək sürətlə hərəkətdə olan maşın vurub.

Qəzanın gücündən yerə yıxılan Koramanın köməyinə ilk olaraq ətrafdakı vətəndaşlar gəlib.

Digər insanların xəbər verməsi ilə hadisə yerinə səhiyyə əməkdaşları gəlib.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Baş verən qəzanın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh