Rus turistlər Bakıda polisilə aralarında olan mübahisənin VİDEO-sunu yaydılar

Yol polisi 2 May 2019 23:44 Oxunub 1963
Rus turistlər Bakıda polisilə aralarında olan mübahisənin VİDEO-sunu yaydılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis onlardan sənədləri tələb etsə də...

Ruslan və Elina adlı Rusiya vətəndaşları Azərbaycanda səfərdə olduqları zaman polis ilə aralarında yaşanan xoşagəlməz hadisənin video görüntülərini yayıblar.

Yeniavaz.com xəbər verir ki, Rusiya vətəndaşları çəkdikləri görüntünü "Youtube"da yerləşdiriblər.  
Rusiya vətəndaşlarının yaydıqları video görüntüdən belə başa düşülür ki, onlar Bakıda olduqları zaman çimərliyə gediblər və bu zaman orada foto və video çəkilişlər ediblər. Daha sonra onlar çimərlikdən geri dönərkən polis tərəfindən saxlanılıblar. Polis onlardan sənədlərin tələb etsə də, onlar bu tələbi yerinə yetirməyərək saxlanma səbəbini soruşurlar. Videoda açıq şəkildə görünür ki, polislər rus dilini bilmədikləri üçün Rusiya vətəndaşlarını hansı səbəbdən saxladıqlarını izah edə bilmirlər. Daha sonra mayor rütbəli polis əməkdaşı onlara yaxınlaşır və qadağan olunmuş obyektlərin şəkillərini çəkdiklərini bildirir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh