XƏBƏR LENTİ
"Jiquli" lapetə çırpıldı: 1 ölü, 3 yaralı - FOTOLAR
Tramp prezident təyyarəsi ilə paytaxta uçdu
Azərbaycanda məmur maşında infart keçirib öldü
“VAZ” elektrik dirəyə çırpıldı - Sürücü öldü
“Lambada”nın ifaçısı maşında yanaraq öldü - VİDEO
Yol polisi rəisinin qardaşı avtoritet imiş - «Dana Vüqar» - FOTO
“Mercedes” avtobusla toqquşdu - Sürücü yaralandı, xanımı öldü
20 Yanvar faciəsindən 27 il ötür
Hava soyuyacaq - yağış və sulu qar yağacaq
Etibarnamə ilə avtomobil almaq təhlükəlidir - İZLƏYİN! - VİDEO
Dəhşətli qəzadan son anda qurtuldu - VİDEO
Şumaxerin keçmiş meneceri: “Artıq həqiqətləri danışmağın vaxtıdır…”
Bakı polislərinin baş ağrısı
Sərnişinin halı pisləşdi: Bakı metrosuna təcili yardım gəldi
69 avtoxuliqan barəsində tədbir görülüb - Bakıda
"Azəravtoyol" Səngəçalda piyada keçidinin inşası məsələsinə münasibət bildirdi
Qızını özü ilə məktəbə apardı: direktor və 3 müəllim zorladı
“Təxribatlara qarşı bütün zəruri tədbirlər görülüb” - FOTO
Damında helikopter meydançası olan xəstəxana tikilir - Sabirabadda
Yol qəzalarının əsas səbəblərindən biri – Özünəgüvənmək - FOTOLAR
“Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?” - Deputat
Avtomobil kanala aşdı: 1 ölü, 2 yaralı - Astarada
Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq - Azərbaycanda
“Kişini çox incitməyək” - Deputatlardan AZAL-a sərt tənqidlər
"Beko Rəşad" işdən qovuldu – Məşhur DYP əməkdaşı cəzalandırıldı
“Qəzanın şahidi oldum, polis məni qandalladı” - VİDEO
Hava Nəqliyyatında külli miqdarda qol saatı müsadirə edildi - FOTO
Nuridə Allahyarovanın yeni işi
Məhbusları aparan avtobuslar yandırıldı
Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Yol nişanları / 30 Mart 2015
Təhlükədən xəbərdar olmaq üçün bu nişanları yadda saxlayın!
22:32
755
Təhlükədən xəbərdar olmaq üçün bu nişanları yadda saxlayın!
Loading...
Xəbərdarlıq nişanları

Əvvəlki yazılarımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanlarından ilk 27 ədədini izah etmişdim. Bu yazıda xəbərdarlıq nişanlarından növbəti 8 nişanı diqqətinizə çatdırıram. 

1.15 «Sürüşkən yol» nişanı yolun hərəkət hissəsinin səthinin sürüşkənliyinin yüksək olması barədə sürücüləri xəbərdar etmək üçün tətbiq olunur. Bu nişan yol örtüyünün yaş olduğu halda şinlərin yol örtüyü ilə ilişmə əmsalının 0,3-dən az olduğunu bildirir (xatırladaq ki, normal vəziyyətdə olan asfalt və ya beton yolun örtüyü yaş olduqda ilişmə əmsalı 0,4-ə bərabər olur). Yağmurlu və nəmişli havada, habelə yol örtüyünün başqa səbəbdən yaş olduğu halda bu nişanı görən sürücü xüsusi ehtiyatlılıq göstərməklə hərəkət etməli, nəqliyyat vasitələrinin sürüşəcəyi təqdirdə vəziyyətdən çıxmağa hazır olmalıdır.

1.16.1 «Nahamar yol» nişanı hərəkət hissəsində təhlükəsiz hərəkət üçün problemlər yarada bilən qüsurların (çalaların, qabarıqların, çökmələrin və başqa pis vəziyyətin) olduğu yol sahəsinə, habelə körpülərlə nahamar birləşmənin olduğu yerə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan təhlükəsizlik əmsalının  0.6-dan az olduğu hər bir halda tətbiq olunmalıdır. Təhlükəsizlik əmsalı dedikdə, təhlükəli yol sahəsindəki optimal (yəni həmin şərait üçün təhlükəsiz) hərəkət sürətinin bu sahədən əvvəlki normal sahədəki optimal hərəkət sürətinə nisbəti başa düşülür (məsələn, əvvəlki yol sahəsində optimal sürət 60 km/saat, təhlükəli sahədə isə 30 km/saat-dırsa, təhlükəsizlik əmsalı 0,5-ə bərabərdir).

Yoldakı nahamarlıq yalnız çaladan ibarət olduqda 1.16.1 nişanı əvəzinə 1.16.2 «Çökmüş yol» nişanı, belə nahamarlıq yalnız qabarıqlardan ibarət olduqda isə 1.16.3 «Qabarıq yol» nişanı tətbiq olunur. 1.16.1 nişanı yolda quraşdırılan süni maneələrdən əvvəl də qoyulmalıdır.

1.17 «Çınqıl sıçrayışı» nişanı nəqliyyat vasitələrinin təkərlərinin altından daş, çınqıl və başqa qırıntıların sıçraya biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan örtüyü təkmilləşdirilmiş yollarda çınqıl sıçraması ola biləcəyi hallarda (təmir işləri aparılarkən, yolda uçqunlar olduqda və s.) tətbiq edilir. 1.17 nişanı ilə işarələnmiş sahədə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü təhlükəsiz hərəkət üçün qabaqdakı nəqliyyat vasitələri ilə ara məsafəni bir qədər artırmalı, özü isə sürəti azaltmalı və kəskin manevrlərdən (xüsusən sürəti qəflətən artırmadan) çəkinməlidir.

1.18.1-1.18.3 «Yolun daralması» nişanları müvafiq olaraq yolun hərəkət hissəsinin hər iki tərəfdən (1.18.1), sağ tərəfdən (1.18.2) və ya sol tərəfdən (1.18.3) daraldığı sahəyə yaxınlaşma barədə xəbərdarlıq edir.

Bu nişanlar yaşayış məntəqələrindən kənar yollarda hərəkət hissəsinin 0,5 m və daha çox daraldığı yerləri, yaşayış məntəqələrində isə hərəkət hissəsinin bir hərəkət zolağı və daha çox daraldığı yerləri bildirmək üçün tətbiq olunur. Bu nişanlar həmçinin yaşayış məntəqələrindən kənarda tunellərdə, yol ötürücülərində, körpülərdə hərəkət hissəsinin eni bu qurğuların qarşısındakı yolun hərəkət hissəsinin enindən az və ya ona bərabər olduğu hallarda, yaşayış məntəqələrində isə belə qurğularda hərəkət hissəsinin eni onların qarşısındakı hərəkət hissəsinin enindən az olan hallarda tətbiq olunur.

1.18.1-1.18.3 nişanlarlı ilə işarə olunan yol sahəsinə yaxınlaşan sürücü daralma səbəbindən hərəkət hissəsində yerdəyişmə edərkən (yanaşı zolağa keçərkən) yol hərəkətinin müvafiq qaydalarına riayət etməlidir.

İzahını verdiyim nişanların şəkilləri əlavə olunur.

Ərşad Hüseynov,

hüquqşünas

Oxunub: 755
Foto
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər