Qayda pozan fürsətcil sürücülər - VİDEO

Avtosfer TV 3 May 2019 12:40 Oxunub 1111
Qayda pozan fürsətcil sürücülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis maşının ardınca əks yola çıxıb hərəkət edəndə cərimə yazılmayacaq?

Bəzən sayrışan işıqlarını yandıraraq sürətlə hərəkət edən, əks yola çıxan operativ nəqliyyat vasitələrini görürük. Təbii ki, bu qanunla qadağan deyil. Xəstə yanına tələsən təcili yardım, yaxud əməliyyat keçirən polis bunu edə bilər. Digər sürücülərin onlara yol verməsi, şərait yaratması tələb olunur. Amma təəssüf ki, bəzi sürücülər bundan fürsət kimi istifadə edirlər.

Məsələn təcili yardım gedir. Təbii ki, onun üçün yol açılır. Ardınca isə taksi sürücüsü, digər avtomobil sürətlə hərəkət edir. Bəzən isə buna “xəstənin yaxınları” donunu da geyindirirlər. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərdə PPX avtomobili və ardınca da digər operativ nəqliyyat vasitəsi hərəkət edir. Maraqlıdır ki, bunun ardınca taksi sürcüsü olan “07”, BMW və digər maşınlar gedir. Görəsən bu sürücülər də operativ nəqliyyat vasitələridir?

Görəsən bunlar qaydaları pozduqlarının fərqində deyillər, ya elə hesab edirlər ki, polis maşının ardınca əks yola çıxıb hərəkət edəndə onlara cərimə yazılmayacaq?

Görüntüləri təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh