Ad günündən qayıdan ailə qəzaya düşdü: – Ata və oğlu qan içində - VİDEO

Avtosfer TV 4 May 2019 20:34 Oxunub 3007
WhatsApp kanalımıza abunə ola bilərsiniz
12 yaşlı qız yan şüşədən çıxaraq arxadan gələn maşına çırpılıb

Bakının Səbail rayonunda 3 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzası Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. Belə ki, Şahin Muradov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq “qəfil dönmə” əməliyyatı edib. Bu zaman Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “VAZ 2107” markalı nəqliyyat vasitəsinə çırpılıb.  Zərbənin təsirindən “VAZ 2107” markalı maşında olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə çırpılıb. “Hyundai” isə Dənizkənarı Bulvarının hasarına dəyərək dayanıb. 

Qəza nəticəsində “VAZ”-da olan sürücü Ş.Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Z.Muradlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

“Hyundai” markalı avtomobilin sürücü Q.Məmmədov və onun anası (hələlik şəxsiyyəti bilinmir) yüngül bədən xəsarətləri alıb. 

1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan Z.Muradlının vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Yol Patrul Xidməti və Səbail rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh