İki “Hyundai” toqquşaraq yandı: 5 ölü, 2 yaralı – VİDEO

Avtosfer TV 4 May 2019 17:42 Oxunub 1497
İki “Hyundai” toqquşaraq yandı: 5 ölü, 2 yaralı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Rusiyanın Krasnodar vilayətində baş verib

Rusiyanın Krasnodar vilayətində “Hyundai Accent” və “Hyundai Verna” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə mayın 3-ü yerli vaxtla 17:30-da Beloreçensk – Nijnevedeneevski avto magistralında qeydə alınıb.

Məlumata görə, “Hyundai Accent”in sürücüsü müəyyən olunmayan yerdə ötmə əməliyyatını yerinə yetirərkən qarşı yoldan gələn “Hyundai Verna” ilə toqquşub.

Toqquşma o qədər güclü olub ki, avtomobillər yol kənarına düşüblər və yanmağa başlayıblar.

Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Dəhşətli qəzanın kadrları sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, ölənlər arasında Rusiya telekanalında yayımlanan “Stand Up” layihəsinin stendapçıları Denis Maloviçka və Elena Zueva da var.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh