"Həsən ağanın qohumları": onlar növbə gözləməməlidir! - VİDEO

Avtosfer TV 5 May 2019 10:55 Oxunub 1055
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axının əksinə, özü də səkinin üzəri ilə hərəkət edir

Bura Şamaxı yolundan şəhər istiqamətinə gələn yoldur. Avtosfer.az xəbər verir ki, Sulutəpə dairəsi istiqamətində tıxac var. Amma bəzi sürücülər növbə gözləmək əvəzinə səkinin üzərinə çıxaraq hərəkət edirlər. 99 NT 848 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü deyəsən özünü hər kəsdən üstün bilir. Səkinin üzərinə çıxaraq hərəkət edir. Ən maraqlısı isə 10 KR 953 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobilin sürücüsünün etdiyi əməldir. O, axının əksinə, özü də səkinin üzəri ilə hərəkət edir.

Bu qayda pozuntularını törədən sürücülər məşhur “Evlənmək istəyirəm” (Papaq) filmindəki səhnəni xatırladır. Yəqin ki, Həsən ağanın qohumları olduqları üçün onlara növbə gözləmək lazım deyil.

Görüntüləri təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh