Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edildi - Hamı tənqid edir - FOTO

Avtoxəbər 6 May 2019 16:52 Oxunub 3245
Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edildi - Hamı tənqid edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairə genişləndirilib və yeni təhlükəsizlik adacıqları yaradılıb

Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması başa çatıb. Agentlikdən Avtosfer.az-a bildirilib ki, layihəyə uyğun olaraq Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib, 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə əksər izləyicilər Biləcəri dairəsində belə bir vəziyyətin yaradılmasını tənqid edirlər. Yolun təmirini yaxşı qarşılasalar da, qeyd edilər ki, bu böyüklükdə dairənin yaradılması son günlər daha çox tıxaca səbəb olur.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh