Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır – DEPUTAT

Son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka qadağasının ləğv edilməsi barədə fikirlər səslənir. Hətta yayılan xəbərlərdə bildirilir ki, guya ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, artıq yol polisinin bort-komputerlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib. Bununla da guya avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib.
Ümumiyyətlə bu qadağa lazımdırmı? Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a verdiyi geniş müsahibədə bildirib ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur. “Düşünürəm ki, bu qadağanın aradan qaldırılmasının vaxtı çatıb. Çünki bu o zaman tətbiq edilmişdi ki, həmin vaxtlar ölkədə təhlükəsizlik baxımından vacib idi. Artıq günün reallığında bu qadağanın qalmasına ehtiyac yoxdur.”
Deputat hesab edir ki, bu qadağa ölkədə turizmin inkişafına da çətinlik yaradır. “Təsəvvür edin ki, turist ölkəyə gəlir və kifayət qədər isti olan aprel ayında ona deyirlər ki, pərdədən istifadə etmək olmaz. Axı bu nə dərəcədə doğrudur ki, aprelin 30-da qadağa var, bir gün sonra bu aradan qalxır. Yaxud əgər bu təhlükəsizliklə bağlıdırsa o zaman qışda avtomobilin arxa yan şüşələri tərləyir və tamamilə görüntü məhdudiyyəti yaradır. Onda sürücünü buna görə də cərimələyək?”
Daha ətraflı videomüsahibədə.
Elməddin Muradlı
Orxan Əli
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
Taksi sürücüləri psixoloji müayinədən də keçiriləcək? - AÇIQLAMA











