“Porsche”si ilə sevgilisinin üstündən keçdi - FOTO + VİDEO

Avtosfer TV 7 May 2019 18:25 Oxunub 1358
 “Porsche”si ilə sevgilisinin üstündən keçdi - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müayinə zamanı qızın sol ayağının qırıldığı məlum olub

Çində sevgilisindən rədd cavabı alan şəxs avtomobili ilə qızın üzərindən keçib. Avtosfer.az xəbər verir ki, hadisə Hangzhou şəhərində yerləşən Zhejiang universitetinin qarşısında baş verib.

Belə ki, adı Jin olan bir şəxs “Porsche” markalı avtomobili ilə küsülü olduğu sevgilisinin təhsil aldığı universitetin qarşısına gəlir. Maşının sürücü tərəfində qapısı açıq vəziyyətdə qızla bir müddət “gəl barışaq” təklifini edən gənc sonda hövsələdən çıxır. O, hirslə avtomobili geriyə verən anda qız qapıya dəyərək nəqliyyat vasitəsinin ön hissəsinin sol təkəri altına düşür və maşın qızın üstündən keçir.

Ətrafdakıların köməkliyi ilə qız xəstəxanaya aparılıb. Müayinə vaxtı onun, sol ayağının qırıldığı və bədənin müxtəlif yerlərində dərin sıyrıqların əmələ gəldiyi məlum olub.

Şahidlərin dediyinə görə, Jin sevgilisini maşını ilə əzdikdən sonra hadisə yerini tərk edib.

Polis isə, universitet tələbəsi olan qızın adı Zhao olduğunu, ancaq Jinin tələbə olmadığını bildirib.

Jin polis əməkdaşları tərəfindən yaxalanıb. Zhaonun müalicəsi xəstəxanada davam etdirilir.

Avtosfer.az “Daily Mail”ə istinadən baş verən hadisənin videosunu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh