Bakının sərxoş xanım sürücüləri - VİDEO

Avtoreyd 30 Mart 2015 18:02 Oxunub 3136
Bakının sərxoş xanım sürücüləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
120-dən artıq xanım sürücü içkili halda sükan arxasına əyləşib

Paytaxtda ilin əvvəlindən bu günə qədər avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, qaydaları pozanlar arasında zərif cinsin nümayəndələrinə də rast gəlinib. 120-dən artıq xanım sürücü içkili halda sükan arxasında əyləşdiyi üçün inzibati məsuliyyətə cəlb olunub və barələrində protokol tərtib edilib. Sürücülər arasında sərxoşluq faktının ötən illə müqayisədə daha da artdığı bildirilir. 

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, bu cür sürücülərə qarşı tədbirlər davam edəcək. Yol hərəkəti haqqında qanuna və “İnzibatı Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə görə, sərxoş halda avtomobili idarə edən sürücülərə yüksək məbləğdə cərimə, sürücülük vəsiqəsinin əlindən alınması və həbs tədbiri görülə bilər.

Təkcə sərxoş sürücülər deyil həmçinin digər qayda pozan sürücülər də cərimələnib və barələrində tədbirlər görülüb. İlin əvvəlindən bu günə qədər 218 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 62 nəfər dünyasını dəyişib, 263 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən hadisələrin sayı 5 fakt çox olsa da, ölüm hallarında heç bir dəyişiklik olmayıb. Qəzaların baş verməsində əsas səbəb sürət həddinin aşılması və piyadaların təyin olunmayan yerlərdən keçmələri olub. Qayda pozan sürücülər barəsində 2300-dən artıq protokol tərtib olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh