“Mercedes”də yanaraq ölən şəxslərin adları məlum olub - VİDEOLAR

Avtosfer TV 8 May 2019 21:37 Oxunub 1498
“Mercedes”də yanaraq ölən şəxslərin adları məlum olub - VİDEOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar “Mercedes”i saatda 150 kilometr sürətlə sürüblər

Mayın 5-də Rusiyanın Moskva yaxınlığında yerləşən Vidnoe şəhərində, “Mercedes”də yanaraq ölən iki nəfərin şəxsiyyəti müəyyənləşib. Avtosfer.az xəbər verir ki, “RenTV”nin məlumatına görə, hadisə günü Andrey Vitovski və Anatoliy Koçnev avtomobildə sərxoş olublar.

Onlar “Mercedes”i saatda 150 kilometr sürətlə sürüblər. Bu əyləcin sıxılmasından sonra təkərin yolda qoyduğu 41 metrlik uzunluqda olan izdən məlum olub.

İlkin məlumatlara görə, 31 və 32 yaşlarında olan iki dost axşam qonaqlığından qayıdırmışlar.

Avtomobil əvvəlcə "Я люблю Видное" yazılmış kompozisiyaya, ardınca da trolleybusun naqillərinin birləşdiyi dirəyə çırpılıb. Qəzanın şiddətindən naqillər maşının kapotunun üstünə düşərək yanğın törədib və “Mercedes”in içində olan 2 nəfər yanaraq ölüb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh