“Range Rover”in sürücüsü qadının əri tərəfindən döyüldü - VİDEO

Avtosfer TV 10 May 2019 16:06 Oxunub 1413
“Range Rover”in sürücüsü qadının əri tərəfindən döyüldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürətlə hərəkətdə olub və az qala qadınla uşağı vuracaqdı

Rusiyada sərxoş sürücü mübahisə etdiyi qadının əri tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, hadisə Finlandiya körfəzi sahilinin, Baltika bulvarının və Marşal Zaxarov küçəsinin kəsişməsində baş verib.

Hadisə şahidi sosial şəbəkədə paylaşdığı videoya şərh verərək qeyd edib ki, “Range Rover” markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə sürətlə hərəkətdə olub və az qala qadınla uşağı vuracaqdı. Qadın sərxoş sürücüyə etirazını bildirdikdə o, avtomobildən enərək qadınla mübahisə etməyə başlayıb. Bunu kənardan görən ər sərxoş sürücünü yumruqla döyməyə başlayıb.

Avtosfer.az yerli mətbuata istinadən baş verən hadisənin görüntülərini təqdim edir:

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh