Bakı-Quba yolunda dəhşəli qəza: Əsgər yanından qayıdan 5 nəfər öldü - VİDEO

Qəzalar 10 May 2019 21:33 Oxunub 20509
Bakı-Quba yolunda dəhşəli qəza: Əsgər yanından qayıdan 5 nəfər öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hadisə yerindən qaçıb

Bu gün Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində, “Nasosnu” deyilən ərazidə baş verib. İlkin məlumata görə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını  toqquşub. Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır. Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan xaçmazlı ailə olduğu bildirilir. İlkin məlumata görə, yük maşınının sürücüsü sərxoş vəziyyətdə olub və hadisədən sonra qaçıb.

Yük maşını həmin yola əks istiqamətdəm daxil olub. Bu zaman öz yoluyla hərəkətdə olan Mercedes-lə toqquşub. Zərbənin gücündən minik maşını aşıb, yük maşını isə onun üstündən keçib. Daşla dolu olan yük maşınında olan daşlar da minik avtomonilinin üstünə tökülüb. Maşında olanların hamısı elə oradaca keçinib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh