Bu sürücü “protiv” getməyə sadəcə vərdiş edib - VİDEO

Avtosfer TV 11 May 2019 10:58 Oxunub 1644
Bu sürücü “protiv” getməyə sadəcə vərdiş edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir həftəlik qazancını cəriməyə ödəsə özünü ölümə aparan vərdişindən əl çəkər

Sosial şəbəkələrdə ardıcıl olaraq qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99 AX 139 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Xırdalan-Binəqədi yolunda ilkin olaraq qaydanı düz Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında pozur. Manevr qaydaları, o cümlədən 1.1 xəttinin tələbini eyni anda pozur.

Amma sürücünün qayda pozuntuları bundan sonra başlayır. Sanki ancaq düz xətt olan yerdə əks yola çıxıb hərəkət etməyə vərdiş etmiş kimi daha iki dəfə bu qaydanı pozur. Avtomobilin lizinqlə alındığı və sahibinin böyük ehtimal taksi fəaliyyəti ilə məşğul olduğu görünür. Ümid edirik ki, yol polisi bu sürücünü aşkar edib cərimə tətbiq edəcək. Bəlkə bir həftəlik qazancını cəriməyə ödəsə özünü ölümə aparan vərdişindən əl çəkə. Görüntüləri təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh