Avtomobilin kondisionerinə necə qulluq etməli? - VİDEO

Gündəm 12 May 2019 20:30 Oxunub 4320
Avtomobilin kondisionerinə necə qulluq etməli? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yay mövsümü başlamazdan əvvəl kondisionerin Freon qazının miqdarını yoxlatmaq lazımdı

Havaların isinməsi kondisionerlərdə yaranan problemləri gündəmə gətirir. Əksər sürücülərqış mövsümündə kondisioneri işlətmədiyindən yay rejiminə keçid zamanı problemlər olur. Ustalar kondisionerdə xırda bir detalın beləsürücüləri xeylixərcə sala biləcəyini deyir.

Avtomobil ustası Fərid Cəfərovun sözlərinə görə, yay mövsümü başlamazdan əvvəl kondisionerin Freon qazının miqdarını yoxlatmaq lazımdı.

Ustalar bildirir ki, əvvəllər Freon qazı əsasən Türkiyədən gətirilirdi.İndi isə bazarda ancaq Çin istehsalı olan kondisioner qazlarıdı.

Ustanın sözlərinə görə, bundan əlavə soyuq aylarda belə kondiseoneri az bir müddətli istifadə etmək lazımdır. Belə olan hala yay mövsümündə Freon qazında azalmalar olmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh