Bakıda yeni "Range Rover Evoque" modeli təqdim olundu - FOTO - VİDEO
Avtodünya 13 May 2019 12:37 249 dəfə oxunub
Bakıda yeni "Range Rover Evoque" modeli təqdim olundu - FOTO - VİDEO
"Avtolüks Azərbaycan" müştərilərə yeni modelin 2.0 l həcmli 250 at gücünə malik mühərriklə təchiz olunmuş versiyasını təklif edir

Lüks kompakt SUV bazarına təqdim edilmiş, dünya üzrə satışları 772 096-nı keçmiş yeni Evoque modeli həm də hibrid-elektrik mühərrikləri seçimi ilə Range Rover ailəsinə qoşulur. Jaguar Land Rover şirkəti Evoque modelinin yaradılması və istehsalına 1 milyard dollar sərmayə qoyub. Dünyanın ilk "Ground View" texnologiyası avtomobilin kapotunu sürücü üçün görünməz edir. Yeni Range Rover Evoque kapotun görünüş sahəsində olmamasını təmin edən texnologiyaya malik ilk avtomobildir.

Bu texnologiya kameradakı görüntünü yuxarıdakı sensor ekrana proyeksiya edərək sürücüyə avtomobilin qabaq aşağı hissəsinə 180 dərəcəlik görüş sahəsi verir. Bu texnologiya avtomobil çətin yerlərdə dayandırarkən, şəhər mərkəzində səkinin kənarı ilə hərəkət edərkən və ya kələ-kötür ərazilərdə səfər edərkən çox faydalıdır və Land Rover tərəfindən 2014-cü ildə nəzərdən keçirilmiş Transparent Bonnet texnologiyasının reallaşdırılmış formasıdır.

"Innovative Terrain Response 2" texnologiyası mükəmməl şəhər və yolsuzluq imkanları yaradır. "Terrain Response 2" tam ötürücü sistem avtomobilin hərəkət etdiyi səthi avtomatik olaraq müəyyən edir və parametrləri müvafiq şəkildə tənzimləyir. Bunun sayəsində Evoque hazırda 600 mm-dək sudan keçə bilir (əvvəl 500 mm idi). Apple CarPlay, Android Auto smartfonla, 4G WiFi hotspot internetlə, InControl Remote isə avtomobillə bağlantı qurmağa imkan verir.

Ultra-nazik Matrix LED əsas fənərlər avtomobilin ön və arxa işıqlarının qrafikasını daha mürəkkəb edir. Gizlədilmiş qapı dəstəkləri avtomobilin səlis, hamar görünüşünə rəng qatır. İnteryerdə düşünülmüş dizayn lakonik səthləri və sadə xətləri diqqətlə seçilmiş premium materiallarla bir araya gətirərək lüks, minimalist və rəqəmsal kabinə yaradır. Dəri materialların premium alternativi olaraq Kvadrat yun qarışığı və Dinamica® zamşası, habelə Eucalyptus və Ultrafabrics™ materialları kimi təkrar emal edilmiş plastikin istifadə edildiyi texniki parçalar təklif olunur. Yük yeri 10% daha böyük (591 litr) və daha genişdir. Üstəlik ikinci sıradakı yığılan 40:20:40 oturacaqlar qatlandıqda yük yerinin tutumu 1383 litrə qədər artır. 48 Volt gücündə elektrik enerjisi ilə çalışan effektiv hibrid (starter-generator) mühərrik MHEV, 3 silindrli PHEV, 3 və 4 silindrli benzin və dizel mühərriki Ingenium yanacağa qənaət etməyə imkan verir. Hazırda Azərbaycana gətirilən komplektasiya 2.0 litrlik 250 at gücündə olan variantdır. Digər variantlar, o cümlədən hibridlər bazarın tələbi əsasında gətirilə bilər.

Avtomobil 9 pilləli sürətlər qutusu ilə təchiz olunur. Yüngül hibrid güc ötürməsi Land Rover avtomobillərində ilk dəfə istifadə olunur və mühərrikə quraşdırılmış kəmər ötürücülü işəsalma generatorunun sayəsində sürətin azalması zamanı bir qayda olaraq itirilən enerjini toplayır və onu döşəmənin altındakı akkumulyatorda saxlayaraq işləyir. 17 km/saatdan (11mph) aşağı sürətdə hərəkət zamanı sürücü əyləci basdığı halda mühərrik sönür. Avtomobil hərəkətə başlayarkən saxlanılan enerji mühərrikin sürət yığması və yanacaq sərfiyyatını azaltmaq üçün istifadə edilir. Nəticə intensiv hərəkət zamanı səlis, sakit və səmərəli ötürücü və effektivliyin artırılmasıdır. Dörd silindrli Ingenium benzin və dizel mühərrikləri ilə təqdim edilən yüngül hibridlərin CO2 emissiyaları cəmi 149 q/km təşkil edir.

Rəsmi diler Avtolüks Azərbaycan müştərilərə Yeni Range Rover Evoque modelinin 2.0 l həcmli 250 at gücünə malik mühərriklə təchiz olunmuş versiyasını təklif edir.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh