Təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var - VİDEO

Avtosfer TV 13 May 2019 14:29 Oxunub 2588
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

Saat 14:00

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar. Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh