Azərbaycana aqrar təyinatlı 10-15 dron gətiriləcək

Texnologiya 14 May 2019 13:03 Oxunub 1435
Azərbaycana aqrar təyinatlı 10-15 dron gətiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dronlardan 1-i pilot layihə çərçivəsində artıq ölkədədir

“Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiq etmək üçün 10-15 ədəd dronun gətirilməsi nəzərdə tutulub”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

Onun sözlərinə görə, dronlardan 1-i pilot layihə çərçivəsində artıq ölkədədir: “Həmin nazirliyin Bitkiçilik İnstituna təhvil verilib. İnstitutun mütəxəssisi ondan istifadə ilə bağlı kurs keçəcək. Bundan sonra digər yerli mütəxəssislər də drondan istifadə edə biləcəklər. Fermerlər dronları icarə qaydasında əldə edəcəklər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh