80 yaşlı “Porsche” 20 milyon dollara satışa çıxarıldı – FOTO
Avtoxəbər 15 May 2019 07:54 187 dəfə oxunub
80 yaşlı “Porsche” 20 milyon dollara satışa çıxarıldı – FOTO
Avtomobil II Dünya Müharibəsindən öncə keçirilməli olan avtomobil yarışlarına qatılmaq üçün istehsal olunmuşdu

“Sotheby's” hərrac evi “Porsche Type 64” modelini 20  milyon dollar başlanğıc qiyməti ilə kolleksiyaçılara təklif edib. İdman stilində hazırlanmış avtomobil “Porsche”nin ilk modeli olub, 1939-cu ildə istehsal edilib. Avtomobil II Dünya Müharibəsindən öncə keçirilməli olan avtomobil yarışlarına qatılmaq üçün istehsal olunmuşdu.

“Porsche Type 64 olmadan nə 356, nə 550  nə də 911 olardı. Bu avtomobil “Porsche” əfsanəsinin başlanğıcı oldu. 80 illik tarixinə baxmayaraq, bu avtomobil çox yaxşı vəziyyətdədir. Bu avtomobil dəfələrlə müxtəlif idman yarışlarında uğurla iştirak edib”, - deyə hərrac evindən bildirilib. Qeyd edək ki, 1970-ci ildə istehsal olunmuş  “Porsche 917” modeli 2017-ci ildə14 milyon dollara satılmışdı.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh