Sürücülərimiz ən çox bu xətaya görə cərimələnib - STATİSTİKA
Yol polisi 15 May 2019 13:33 163 dəfə oxunub
Sürücülərimiz ən çox bu xətaya görə cərimələnib - STATİSTİKA
İşıqforunun tələbini pozan sürücülərə isə ümumilikdə 10607 protokol tərtib edilib

"Dövlət Yol Polisi bu il ərzində Bakı şəhəri üzrə yol ayırıcısını tələblərini pozduqlarına görə, sürücülərə ümumilikdə 26510 protokol tərtib edib". Avtosfer.az xəbər verir ki, bunu Lent.az-ın sorğusuna cavab verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

DYP sözcüsü həmçinin qeyd edib ki, işıqforunun tələbini pozan sürücülərə isə ümumilikdə 10607 protokol tərtib edilib: “Bu sadaladıqlarımdan sonra sürücülərə daha çox qarşı hərəkət zolağına çıxma, qoşa xətti tapdaladıqlarına görə protokol tərtib edilib. Məsələn, bu il ərzində bu qayda pozma ilə bağlı, 7000 protokol tərtib edilib”.

Vaqif Əsədov bildirib ki, sürücülərlə yanaşı, piyadalara da inzibati xətaya görə, cərimə yazılıb: “Bakı şəhərində bu il üzrə 17009 piyadaya cərimə protokolu tərtib edilib”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh