Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib
Gündəm 15 May 2019 16:55 259 dəfə oxunub
Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib
O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir. O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib. Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh